Ozobiç: Xorvatiya yığmasında oynama şansımın olmadığı üçün Azərbaycan millisini seçdim

Ozobiç: Xorvatiya yığmasında oynama şansımın olmadığı üçün Azərbaycan millisini seçdim

25 Avqust 2022 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Təcrübəli oyunçu Filip Ozobiç Azərbaycn millisinin şərəfini qoruyacaq.

Oxuməni.az xəbər verir ki, o, Azərbaycan millisini seçməsinin səbəbini isə index.hr nəşrinə müsahibəsində belə izah edib:

"Xorvatiya yığmasında oynama şansımın olmadığını gördüm. Bu səbəbdən, Azərbaycan millisində çıxış etməyi qərara aldım. Çünki burada 5 il keçirmişdim".

31 yaşlı yarımmüdafiəçi Azərbaycan yığmasında yeganə əcnəbi olmadığını xatırladıb: "Komandada braziliyalı Riçard Almeyda da var. AFFA yerli klubda 5 ildir çıxış edən hər hansı legionerin milliyə kömək edə biləcəyini düşünürsə, hansısa nəticəyə nail olmaqdan ötrü ona vətəndaşlıq verir. Fikrimcə, Azərbaycan yığmasında oynama qərarıma azarkeşlər də sevinmişdilər".

Ozobiç Azərbaycandakı vəziyyətdən də danışıb: "Buradakı bir çox digər oyunçular kimi, mən də rusca danışıram. Ona görə də ünsiyyət sarıdan problemim yoxdur. Bakıya gəldikdə, həqiqətən də müasir şəhərdir, hər şey yenidən tikilib və yaşamaq çox xoşdur. İmkanı olan hər kəsə Bakıya baş çəkməyi məsləhət görərdim".

Xatırladaq ki, Filip Ozobiç 2016-cı ildən Azərbaycanda çıxış edir. O, "Qarabağ"dan əvvəl "Qəbələ"nin formasını geyinib. Xorvatiya əsilli yarımmüdafiəçi 2021-ci ilin yayında milliləşdirilib.