“Şerif”in erməni klubu ilə oyununda “Qarabağ Azərbaycandır” aksiyası

“Şerif”in erməni klubu ilə oyununda “Qarabağ Azərbaycandır” aksiyası

26 Avqust 2022 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Moldova Azərbaycanlıları Konqresi “Qarabağ Azərbaycandır!” adlı aksiya keçirib.

Oxuməni.az xəbər verir ki, 100-ə yaxın soydaşımız UEFA Avropa Liqasının pley-off mərhələsində Kişineuda keçirilən “Şerif” (Moldova)-“Pünik” (Ermənistan) qarşılaşmasında ingilis və Azərbaycan dillərində yazılan “Qarabağ Azərbaycandır!” şüarı olan köynək geyinərək Moldova komandasına dəstək olublar.

Aksiyada Azərbaycan və Moldovanın dövlət bayraqları dalğalandırılıb.

Qeyd edək ki, bu qarşılaşmada Moldovanın “Şerif “komandası qalib gələrək UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.