Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

3 Sentyabr 2022 07:42
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən Zabit Səmədov Bakıda keçiriləcək vida döyüş gecəsi ilə bağlı tamaşaçılara müraciət edib.

Oxuməni.az xəbər verir ki, "Mauqli" ləqəbli idmançı Milli Gimnastika Arenasında keçiriləcək döyüş gecəsində dəstək üçün tamaşaçıları gözlədiyini bildirib.

Qeyd edək ki, döyüş gecəsi sentyabrın 10-da keçiriləcək. Zabit Səmədov "Yekəayaq" ləqəbli braziliyalı sabiq UFC döyüşçüsü Antonio Silva ilə qarşılaşacaq. Bu, Səmədovun karyerasında sonuncu – 116-cı döyüşü olacaq.