"Mançester Siti" 1/8 finala vəsiqəni təmin edib, "Milan" "Çelsi"yə uduzub
UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 6 oyunu keçirilib.
Oxuməni.az xəbər verir ki, bu matçlardan sonra pley-off-a vəsiqə qazanan ilk komanda bəlli olub.
G qrupunda çıxış edən İngiltərənin "Mançester Siti" klubu Danimarkada "Kopenhagen"lə qolsuz heç-heçəyə razılaşsa da, Dortmund "Borussiya"sının Almaniyada İspaniya "Sevilya"sından xal alması "şəhərlilər"i vaxtından əvvəl 1/8 finala yüksəldib.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada Avstriya "Zaltsburq"u ilə sülh bağlayıb. 25 yaşlı forvard bu görüşdə də ehtiyatda qalıb. E qrupunun digər oyununda İngiltərənin "Çelsi" klubu İtaliyada "Milan"a 2 cavabsız qolla qalib gəlib.
Gecənin növbəti sensasiyası Polşada qeydə alınıb. Ukraynanın "Şaxtyor" (Donetsk) komandası gözlənilmədən İspaniya "Real Madrid"ini büdrədib. Daha əvvəl H qrupunda Hayfa "Makkabi"si İsraildə İtaliya "Yuventus"unu yenməklə, sürprizə imza atıb. Bu qrupun digər matçında isə PSJ Fransada Portuqaliya "Benfika"sının müqavimətini qıra bilməyib.
Turun matçları aşağıdakı kimi nəticələnib:
"Milan" (İtaliya) - "Çelsi" (İngiltərə) - 0:2
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Zaltsburq" (Avstriya) - 1:1
"Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) - 0:2
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Real Madrid" (İspaniya) - 1:1
"Kopenhagen" (Danimarka) - "Mançester Siti" (İngiltərə) - 0:0
"Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya) - 1:1
"Makkabi" (Hayfa, İsrail) - "Yuventus" (İtaliya) - 2:0
PSJ (Fransa) - "Benfika" (Portuqaliya) - 1:1
Qeyd edək ki, IV turun digər 8 oyunu oktyabrın 12-də keçiriləcək.





































.jpg)
.jpg)






.jpg)



















.jpg)

























