Maradonanın  əli ilə toxunub qizil qol vurduğu top 2,4 milyon dollara satılıb

Maradonanın  əli ilə toxunub qizil qol vurduğu top 2,4 milyon dollara satılıb

17 Noyabr 2022 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

1986-cı il Dünya Kubokunda Dieqo Maradonanın əli ilə toxunub qizil qol vurduğu top 2,4 milyon dollara satılıb.

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatının 1/4 finalında İngiltərə ilə oyunda iki qol vurmaq üçün istifadə etdiyi futbol topu hərracda 2 milyon funta (2,4 milyon dollar) satılıb.
İngiltərə və Argentina matçında vurulan ilk qol tarixin ən məşhurlarından biri oldu. 52-ci dəqiqədə 0:0 hesabı ilə rəqibin cərimə meydançasında olan Maradona İngiltərə yığmasının qapıçısı Peter Şiltonla eyni vaxtda ayağa qalxaraq topu yumruqla qapıya göndərdi. O, daha sonra deyib ki, qolu “qismən Maradonanın başı, qismən də Allahın əli” vurub.
Dörd dəqiqə sonra Maradona bu gün "əsrin qolu" kimi tanınan qolu vurdu. O, meydançanın öz yarısında topu qəbul etdi və bir-bir oyunçunun ardınca dövrə vuraraq rəqiblərin qapısına doğru irəliləməyə başladı. İngilis komandasının beş oyunçusunun yanından keçərək qapıçını aldadaraq qol vurdu. Nəticədə britaniyalılar 1:2 hesabı ilə məğlub olublar.

Britaniyanın Graham Budd hərrac evi bütün matç boyu meydanda olan topu satdı, ancaq onun yeni sahibinin adı çəkilmir.

Matçdan sonra top matçı idarə edən tunisli hakim Əli Bin Nasirinə yadigar olaraq verildi
Nasser qərarını belə izah edib: "Nə baş verdiyini düzgün görmədim. Qarşımda iki futbolçu var idi - İngiltərə yığmasının qapıçısı Peter Şilton və Maradona. Çempionatdan əvvəl FİFA-nın verdiyi tövsiyələrə əsasən, yan hakimə baxdım, qaydalara görə vurulan qol olub-olmadığını təsdiqləmək üçün, hakim orta xəttə qaçdı və bununla da qolun həqiqətən vurulduğunu göstərdi”.
İndi Bin Nasser məşhur topu satıb. Hərracdan əvvəl hakim yeni sahibinin onu ictimaiyyətə təqdim edəcəyinə ümid etdiyini bildirib.
Bu ilin may ayında Maradonanın İngiltərə ilə 1/4 final matçında geyindiyi köynək 9,3 milyon dollara hərraca çıxarılıb. Beləliklə, hərraclarda idman yadigarlarının satışı üzrə yeni rekord qeydə alınıb.

Emin Axund