"Mançester Yunayted"  qalmaqallı müsahibəyə görə Ronaldoya qapını göstərib

"Mançester Yunayted"  qalmaqallı müsahibəyə görə Ronaldoya qapını göstərib

19 Noyabr 2022 16:29
Bəyəndim (0) Bəyənmədim (0)

"Mançester Yunayted" qalmaqallı müsahibəsi səbəbindən Kriştiano Ronaldo ilə müqaviləni pozacaq .

Oxuməni.az xəbər verir ki, "Mançester Yunayted" klubu artıq portuqallıyla əməkdaşlığa son qoymaq üçün ilk hüquqi addımları atıb.
Mənbənin sözlərinə görə, “Mançester Yunayted” rəhbərliyi Ronaldonun klubu açıq şəkildə tənqid edərək əmək müqaviləsinin şərtlərini pozduğunu düşünür. Bununla əlaqədar olaraq, “qırmızı şeytanlar” Kriştianu ilə müqavilənin müqavilənin sonuna qədər (2023-cü ilin yayına qədər) nəzərdə tutulan maaş məbləğində cərimə ödəmədən ləğv edilməsini istəyir.

Xatırladaq ki, 37 yaşlı hücumçu jurnalist Pirs Morqana müsahibə verərək, "Mançester Yunayted"in rəhbərliyini və infrastrukturunu, klubun keçmiş və hazırkı baş məşqçiləri Ralf Ranqnik və Erik Ten Haqı tənqid etmiş, "Mançester Siti"yə uğursuz transferindən danışmışdı.

Emin Axund, Oxuməni.az