Benzema zədə səbəbindən dünya çempionatında iştirak edə bilməyəcək
Madrid "Real" və Fransa millisinin hücumçusu, "Qızıl top" un qalibi Kərim Benzema Qətərdə keçirilən dünya çempionatında iştirak edə bilməyəcək.
Oxuməni.az xəbər verir ki, bu barədə Fransa millisinin "Tvitter"dəki rəsmi hesabında yayılan məlumatda deyilir.
"Sol budun əzələsinin zədələnməsi səbəbindən Kərim Benzema Dünya Kubokundan imtina etmək məcburiyyətində qalır. Bütün komanda Kərimin kədərini bölüşür və tezliklə sağalmasını istəyir", - deyə məlumatda bildirilir.
Benzema zədədən təzəcə sağalaraq fərdi olaraq məşq edirdi. O, 19 Noyabr Kərim tərəfdaşları ilə birgə məşqə çıxdı. qoşuldu, lakin yeni əzələ zədəsi aldı və məşqini bitirə bilmədi.
2022-ci il Dünya çempionatında fransızlar avstraliyalılarla 22 noyabrda ilk oyuna çıxacaqlar..Oyun Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. D qrupunun digər üzvləri isə Danimarka və Tunis komandalarıdır. Fransa hazırkı dünya çempionudur. 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının final oyununda Didier Deşamın komandası xorvatlara qalib gəlmişdi.
Əziz Mustafa, Oxuməni.az





































.jpg)
.jpg)






.jpg)



















.jpg)

























