Argentina Səudiyyə Ərəbistanına məğlub oldu: Dünya çempionatında ilk sensasiya

Argentina Səudiyyə Ərəbistanına məğlub oldu: Dünya çempionatında ilk sensasiya

23 Noyabr 2022 00:11
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya Kubokunda ilk gözlənilməz sensasiya baş verdi.

Oxuməni.az xəbər verir ki, son dəfə nə vaxt uduzduğunu artıq unutmuş Argentina millisi Səudiyyə Ərəbistanina 1:2 hesabı ilə məğlub oldu. Üstəlik, Səudiyyə Ərəbistanı.bu qrupda ən zəif komanda hesab edilirdi. Halbuki oyun argentinalılar üçün yaxşı başlamışdı. Belə ki, Messi 10-cu dəqiqədə penaltidən hesabı açmışdı. Tezliklə Argentinanın hesabı artıracağı gözlənilirdi. Lakin onlar birinci hissədə bir neçə qol vəziyyətindən istifadə edə bilmədilər. İkinci hissəyə daha yaxşı başlayan Səudiyyə Ərəbistanı komandası 5 dəqiqdə Argentinanın qapısından iki top keçirdi. Əvvəlcə 48-ci dəqiqədə Əl Şəhri komandasının gözəl hücumunu qolla başa çatdıraraq hesabı bərabərləşdirdi. Argentina buraxılan qoldan özünə gəlməmiş 53-cü dəqiqdə qapısında daha bir qol gördü. Bu dəfə Əl Davsari gözəl zərbə ilə komandasını hesabda irəli çıxardı. Bundan sonra Səudiyyə Ərəbistanı komandası müdafiəyə çəkildi. Argentinanın aramsız hücumları isə nəticə vermədi. Oyunu idarə edən Sloveniyadan olan hakim Slavko Vinçiç ciddi səbəb olmadan oyuna 14 dəqiqə əlavə etfi. Bu da kömək etməyincə hakim oyunu bitirməyə məcbur olldu. Beləliklə dünya çempionatında ilk sensasiya qeydə alındı. Argentina isə öz işini çətinə salmış oldu. Belə ki, Messinin komandası növbəti oyunlarda Səudiyyə Ərəbistanından daha güclü olan Meksika və Polşa ilə oynamalı olacaq. Bu qrupda Polşa və Meksika arasında keçirilən oyunda hesab açılmayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud milli komandanın Qətərdə keçirilən dünya çempionatında Argentina yığması üzərində qələbəsindən sonra noyabrın 23-nü milli bayram elan edib.

Əziz Mustafa, Oxuməni.az