Dünya çempionatında sürprizlər davam edir

Dünya çempionatında sürprizlər davam edir

24 Noyabr 2022 00:34
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya yığması Qətərdə futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin ilk turunda Kosta-Rika komandasını 7:0 hesabı ilə məğlub edib.

Oxuməni.az xəbər verir ki, görüş Dohadakı "el Tumama" stadionunda keçirilib.

Qolları Dani Olmo (11-ci dəqiqə), Marco Asencio (21), Ferran Torres (31, penalti ilə; 54), Gavi (74), Carlos Soler (90), Alvaro Morata (90+3)vurublar. Olmonun qolu Dünya Kuboklarında İspaniya millisi üçün 100-cü olduİspaniya bununla da Dünya Kuboklarında 100 və ya daha çox qol vuran altıncı komanda oldu. Bu göstəricidə ən yaxşısı Braziliya komandasıdır (229 qol), ardınca Almaniya (227), Argentina (138), İtaliya (128) və Fransa (124) komandaları gəlir.

Əziz Mustafa, Oxuməni.az