Karateçilərin Bakı çempionatına yekun vurulub

Karateçilərin Bakı çempionatına yekun vurulub

28 Noyabr 2022 12:01
Bəyəndim (158) Bəyənmədim (4)

27 noyabr 2022-ci ildə Azərbaycan Respublikasının Aşihara Karate Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birlikdə keçirdiyi yeniyetmələr və böyüklər arası növbəti Bakı çempionatına start verildi.

Oxuməni.az xəbər verir ki, yarış ənənəvi olaraq idmançıların təntənəli surətdə arenaya daxil olması ilə başladı. İdmançılar Azərbaycan Respublikasının üç rəngli bayrağı altında dövlət himnimizi səsləndirildikdən sonra, açılış üçün söz Azərbaycan Aşihara Karate Federasiyasının Prezidendi, əməkdar idman xadimi Marif Bağırova verildi. İdman xadimi ilk olaraq bildirib ki, bu gün müstəqil ölkədə idmanın bu cür inkişaf mərhələsinə çatması üçün ilk öncə Ulu Öndər Herdər Əliyevə minnətdarıq. Karateçilər və təşkilatçılar tərəfindən Ulu Öndərin, 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Marif Bağırov əlavə olaraq onu da qeyd etdi ki, mən bu çempionatda iştirak edən idmançıların içərisində gələcəyin avropa və dünya yarışlarının qalibləri olacağına çox inanıram. Daha sonra Aşihara Karate haqqında tədbir iştirakçılarına əlavə məlumat verildi. Qədimdə yapon döyüşlərdə əsgərin əhvalını yüksək tutan döyüş nağarasının sədaları altında çempionat başladı. Yarışda Bakının müxtəlif klublarının idmançıları öz döyüş bacarıqlarını göstərirdi. Müşahidələrimə daha da aydınlıq gətirmək üçün Sulutəpə Aşihara Karate məktəbinin müəllimi 1-ci dan Qara Kəmər ustası, Avropa və Asiya çempionu Kənan Quliyevə yaxınlaşdım. Məşqçi mənə bildirdi ki, bu çempiont ənənəvi olaraq hər il federasiyanın təşkilatçılığı ilə keçirilir.

Bu tədbirin hətta respublika çempionatı səviyyəsində təşkil olunmasından danışan məşqçi, ona görə də karateçilərin bu yarışa xüsusi olaraq hazırlaşdığını qeyd etdi. Əlavə olaraq bildirim ki, çempionat səhər saatlarında başlasa da, idmançıların gərgin mübarizəsi axşama kimi davam etdi. Sonda yarışda fərqlənən karateçilərə diplom və medallar təqdim edildi.

Murad Şahməmmədov