Portuqaliya və Braziliya pley-off mərhələsinə vəsiqə qazanıb

Portuqaliya və Braziliya pley-off mərhələsinə vəsiqə qazanıb

29 Noyabr 2022 10:59
Bəyəndim (0) Bəyənmədim (0)

Portuqaliya və Braziliya pley-off mərhələsinə vəsiqə qazanıb

Oxuməni.az xəbər verir ki. Portuqaliya millisi Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin ikinci tur matçında Uruqvaya 2:0 hesabı ilə qalib gəlib. Oyunda yarımmüdafiəçi Bruno Fernandes dubl edib. Portuqaliyalılar qrup mərhələsində ikinci qələbəsini qazanaraq, Fransa və Braziliyanın ardınca pley-offa vəsiqə qazanıb.

H qrupuna Portuqaliya başçılıq edir, Qana ikinci, Uruqvay və Cənubi Koreya üçüncüdür.

G qrupunda Braziliya birinci, İsveçrə, Kamerun və Serbiya üçüncüdür.

Braziliya üçün isə bu, Neymar yoxdur - problem yoxdur şüarı altında keçirilib. Cənubi amerikalılar gələn tura vəsiqəni təmin etmək üçün İsveçrəni 1:0 hesabı ilə məğlub ediblər. İlk hissədə qolsuz keçən və ikinci hissədə Braziliya qolunun ləğvindən sonra yarımmüdafiəçi Casemiro 83-cü dəqiqədə isveçrəlilərin qapısına topu vurdu.

G qrupunda isə "El Janoub" stadionunda daha bir maraqlı görüş baş tutdu, Serbiya-Kamerun. Serblər əvvəlcə 3:1 hesabda irəli idilər, lakin sonra kamerunlular hesabı bərabərləşdirdilər 3:3.

Emin Axund, Oxuməni.az