Dünya çempionatının 1/4 finalçılarının üçüncü cütü müəyyənləşib

Dünya çempionatının 1/4 finalçılarının üçüncü cütü müəyyənləşib

6 Dekabr 2022 09:32
Bəyəndim (0) Bəyənmədim (0)

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin daha iki oyunu başa çatıb və turnirin iki 1/4 finalçısı müəyyənləşib.

Oxuməni.az xəbər verir ki, onlar 2022-ci il dünya çempionatının 1/4 finalında qarşılaşacaq Xorvatiya və Braziliya milliləridi. Oyun dekabrın 9-da Er-Rayyan şəhərindəki "Eduction City Stadium" -da baş tutacaq.

Xorvatiya millisi DÇ-2022-nin 1/8 final matçını Yaponiya millisi ilə keçirib. Görüşün əsas vaxtında hərəyə bir qol vuran komandalar əlavə vaxtda qalibi müəyyən edə bilməyib. Penaltilər seriyasında xorvatlar daha uğurlu olub - 3:1.

Turnirin bu mərhələsinin digər oyununda Braziliya yığması daha bir Asiya komandasını, Cənubi Koreyanı inamla məğlub edib. Görüş 4:1 hesabı ilə Cənubi Amerika yığmasının xeyrinə başa çatıb.

Emin Axund, Oxuməni.az