Birhoff Almaniya Futbol Federasiyasının meneceri vəzifəsini tərk etdi

Birhoff Almaniya Futbol Federasiyasının meneceri vəzifəsini tərk etdi

6 Dekabr 2022 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya Futbol Federasiyasının (DFB )meneceri Oliver Birhoff Almaniyanın Qətərdə keçirilən dünya çempionatından 4 gün sonra istefa verdiyini açıqlayıb.

Oxuməni.az xəbər verir ki, 54 yaşlı Birhoff 18 il DFB rəsmisi vəzifəsində çalışıb. Tərəflər onun 2024-cü ildə başa çatan müqaviləsini vaxtından əvvəl ləğv etmək barədə razılığa gəliblər.
"Gedişimlə mən yeni mərhələlər qoymağa yol açıram. Əmin olduğumuz bəzi qərarlar özünü doğrultmadı. Məndən çox heç kim buna təəssüflənmir. Bunun üçün məsuliyyəti öz üzərimə götürürəm".

Belə ki, alman futbol funksioneri Almaniya millisinin DÇ-2022-dən kənarlaşdırılmasından sonra sözlərinə düzəliş edib: "DFB-nin növbəti əsas məqsədinin 2024-cü ildə keçiriləcək Avropa çempionatına hazırlıq olacağını bildirib.
Oliver Birhoff 2004-cü ildə Almaniya Futbol Assosiasiyasınada çalışmağa başlayıb. Onun üçün daha sonra əsas Almaniya milli komandasının yeni idman meneceri vəzifəsi təqdim edildi, formal olaraq "milli komandaların və akademiyanın meneceri" adlandırıldı. Milli komandanın məşqçisi Yurgen Klinsmannla birlikdə iki ildən sonra Almaniyada keçirilən və “yay nağılı” adlandırılan dünya çempionatında komandanı uğura aparıb: Almaniya millisi bu çempionatda üçüncü yeri tutub. Səkkiz il sonra Birhoff və baş məşqçi Yoahim Lövlə birlikdə Braziliyada keçirilən dünya çempionatının qalibi olublar.

Emin Axund, Oxuməni.az