Dünya çempionatının 1/4 finalçılarının son cütü müəyyənləşib

Dünya çempionatının 1/4 finalçılarının son cütü müəyyənləşib

7 Dekabr 2022 09:16
Bəyəndim (0) Bəyənmədim (0)

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin final oyunları başa çatıb və turnirdə iki 1/4 finalçı müəyyənləşib.

Oxuməni.az xəbər verir ki, onlar 2022-ci il dünya çempionatının 1/4 finalında qarşılaşacaq Mərakeş və Portuqaliya milliləridi. Oyun dekabrın 10-da baş tutacaq.

Mərakeş millisi DÇ-2022-nin 1/8 final matçını İspaniya millisi ilə keçirib. Görüşün əsas və əlavə vaxtında rəqiblər hesab aça bilməyib. Mərakeşlilər penaltilər seriyasında daha uğurlu olub - 3:0.

Turnirin bu mərhələsinin digər oyununda Portuqaliya millisi İsveçrə ilə qarşılaşıb. Görüş Portuqaliya millisinin 6:1 hesablı inamlı qələbəsi ilə başa çatıb. Qaliblər arasında Pepe, Rafael Qerreyro, Rafael Leau və Qonkalo Ramos isə het-trik edib.

Emin Axund, Oxuməni.az