Qətərdə dünya çempionatı  davam edir

Qətərdə dünya çempionatı davam edir

10 Dekabr 2022 09:16
Bəyəndim (0) Bəyənmədim (0)

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinin ilk iki oyunu başa çatıb

Oxuməni.az xəbər verir ki, İlk yarımfinal cütünü təşkil edən turnirin yarımfinalına Xorvatiya və Argentina komandaları çıxıb. Onların görüşü dekabrın 13-də baş tutacaq.

Xorvatiya millisi turnirin favoritlərindən birini - Braziliya yığmasını mübarizədən kənarlaşdıra bilib. Titenin yetirmələri yarımfinala çıxmağa yaxın idi, əsas vaxtda komandalar hesabı açmayıb, əlavə vaxtın birinci hissəsinin sonunda isə Neymar dəbdəbəli “selesao” kombinasiyasından sonra hesabı açıb. 116-cı dəqiqədə Bruno Petkoviç cavab qolunu vurub, penaltilər seriyasında isə Titenin yetirmələri iki dəfə qapıya topu vura bilməyiblər, hesab 4:2 - Xorvatiyanın qələbəsi ilə bitib.

Gərgin keçən qarşılaşmada Argentina Hollandiya yığmasına qalib gəlib. 83-cü dəqiqəyə kimi Lionel Skaloni komandası 2-0 öndə olsa da, Vout Vegorst-un dublu narıncıların məğlubiyyətdən xilas olmasına imkan verib. Əlavə vaxt qolsuz başa çatıb və penaltilər seriyasında argentinalılar daha dəqiq olublar, hesab 4:3 Argentinanın xeyrinə bitib.

İkinci yarımfinal cütü İngiltərə-Fransa və Portuqaliya-Mərakeş cütlərinin qaliblərindən təşkil olunacaq. Bu qarşılaşmalar dekabrın 10-da baş tutacaq.

Emin Axund, Oxuməni.az