Argentina Xorvatiyanı 3:0 hesabı ilə məğlub edib

Argentina Xorvatiyanı 3:0 hesabı ilə məğlub edib

14 Dekabr 2022 09:29
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya Kubokunun yarımfinalında Argentina Xorvatiyanı 3:0 hesabı ilə məğlub edib.

Oxuməni.az xəbər verir ki. Argentina millisi Qətərdə keçirilən dünya çempionatının ilk finalçısı olub. Hücumçu Lionel Messinin rəhbərlik etdiyi komanda yarımfinalda Xorvatiyanı 3:0 hesabı ilə məğlub edib və indi çempionluq uğrunda çərşənbə günü Fransa və Mərakeş arasında keçirilən ikinci yarımfinalın qalibi ilə qarşılaşacaq.

Qarşılaşma Xorvatiya millisindən qat-qat kəskin hücuma keçən argentinalıların nəzərəçarpacaq üstünlüyü ilə baş tutub.

Matçın 34-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirən Messi hesabı açıb. Bu penalti zərbəsi xorvatiyalı qapıçı Dominik Livakoviçin cərimə meydançasında hücumçu Julian Alvaresi yıxmasından sonra təyin edilib.

Alvaresin vurduğu 2-ci top argentinalıların üstünlüyünü möhkəmləndirdi. Son 3-cü qolu isə Messinin çox dəqiq ötürməsi nəticəsində yararlanan həmin Alvares vurub.

Emin Axund, Oxuməni.az