Fransa Mərakeşi 2:0 məğlub edərək dünya çempionatının finalına yüksəlib

Fransa Mərakeşi 2:0 məğlub edərək dünya çempionatının finalına yüksəlib

15 Dekabr 2022 09:25
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 14-də Fransa və Mərakeş komandalarının qarşılaşdığı dünya çempionatının ikinci yarımfinal oyunu keçirilib.

Oxuməni.az xəbər verir ki. komandalar Əl-Houra şəhərindəki “El Bayt” stadionunda üz-üzə gəliblər. Matçın baş hakimi Sezar Arturo Ramosun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənib.

Görüşün beşinci dəqiqəsində baş verən qol sayəsində fransızlar sürətlə önə keçirlər. İkinci hissədə topa sahib olan mərakeşlilər Fransa yığmasının müdafiəsini yarmağa çalışsalar da, fransızlar bütün hücumları ustalıqla dəf etdilər. Sonda fransızlar çoxsaylı əks-hücumlarından birində yararlana bildilər. 80-ci dəqiqədə “üçrənglilər” sol cinahdan Mərakeşin cərimə meydançasına doğru hücuma keçirlər, Kilian Mbappe bir neçə müdafiəçini üstələyib topu boş qapıya vuran Randal Kolo Muani-yə ötürmə edir - 2:0. Matçın qalan vaxtında mərakeşli futbolçular görüşü xilas etməyə çalışsalar da, Fransa 2:0 qələbə hesabını saxlayıb və dünya çempionatının finalına yüksəlib.

Emin Axund, Oxuməni.az