Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində ilk dəfə sprint yarış təşkil olunacaq

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində ilk dəfə sprint yarış təşkil olunacaq

15 Dekabr 2022 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində ilk dəfə sprint yarış təşkil olunacaq. Bu, ölkəmizə gələcək azarkeşlərin sayını daha da artıracaq.

Oxuməni.az xəbər verir ki, bunu Bakıda təşkil olunan mətbuat konfransında yarışın mətbuat katibi Turab Teymurov bildirib.

“Bakı sindromu”nun artıq Formula 1-in lüğətinə daxil edildiyini deyən T.Teymurov bu ənənənin gələn il də davam edəcəyinə ümidvar olduğunu vurğulayıb.

“Gələn il rekord sayda Qran-Pri təşkil olunmalı idi. Ancaq Çin Qran-Prisi ləğv olundu. Yarış hələ heç bir ölkəyə həvalə olunmayıb”, - deyə mətbuat katibi əlavə edib.

Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.

Qeyd edək ki, Formula 1 mütəxəssisləri dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotun qalib gəldiyi üçün bunu “Bakı sindromu” adlandırırlar.