Xorvatiya  bürünc medalların sahibi oldu

Xorvatiya bürünc medalların sahibi oldu

18 Dekabr 2022 08:40
Bəyəndim (0) Bəyənmədim (0)

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya yığması 2:1hesabı ilə Mərakeş yığmasını məğlub edərək bürünc medal qazanıb

Oxuməni.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Mərakeşi 2:1 hesabı ilə məğlub edən, Xorvatiyalı futbolçular Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bürünc medallara sahib olublar .

Artıq 3-ci dəqiqədə İvan Peresiçin ötürməsindən sonra topu rəqib qapısına vuran xorvatiyalı müdafiəçi Yosko Qvardiol hesabı açıb. İki dəqiqə sonra isə mərakeşli müdafiəçi Əşrəf Dari cavab qolunu vurub.

Xorvatiya qələbə qolunu 42-ci dəqiqədə vurub , qolu Mislav Orsiç uzaq məsafədən dəqiq zərbə ilə reallaşdırıb.

İkinci hissədə komandalar daha qol vurmayıb.

Mərakeşlilər matçın son dəqiqələrində, əlavə vaxtda En-Nesiri başı ilə topu dirəyə vuranda hesabı bərabərləşdirə bilərdi.

Xorvatiya üçüncü dəfədir ki, Dünya Kubokunda medal qazanır. 1998-ci ildə milli komanda üçüncü, 2018-ci ildə isə xorvatlar ikinci yeri tutublar.

Bu çempionatda Mərakeş komandası ilk dördlüyə daxil olan ilk Afrika komandası olub.

Komandanın Fransa ilə yarımfinal oyununda bütün stadion Mərakeş komandasına azərkeşlik edirdi.

Artıq 7-ci dəqiqədə, yerinə - 3 - cü dəqiqə - yazılmalıdır, bir də axırda bu cümləni əlavə edərsən - Dünya çempionatının finalı bazar günü, Bakı vaxtilə SAAT 19:00-da dekabrın 18-də keçiriləcək. Burada Fransa və Argentina komandaları çıxış edəcək.

Dünya çempionatının finalı bazar günü, Bakı vaxtilə SAAT 19:00-da dekabrın 18-də keçiriləcək. Burada Fransa və Argentina komandaları çıxış edəcək.

Emin Axund, Oxuməni.az