Argentina  finalda Fransaya penaltilər seriyasında qalib gəlib

Argentina  finalda Fransaya penaltilər seriyasında qalib gəlib

19 Dekabr 2022 00:13
Bəyəndim (0) Bəyənmədim (0)

Argentina Qətərdə keçirilən dünya çempionatının finalında Fransaya penaltilər seriyasında qalib gəlib

Oxuməni.az xəbər verir ki, əlavə iki hissənin nəticələrindən sonra hesab 3:3.olub. Əsas vaxtın çox hissəsində Argentina millisi 0:2 hesabı ilə öndə olub, Messi və Di Mariya qol vurub. İkinci hissənin sonunda Mbappe hesabı bərabərləşdirə bilib.

Əlavə hissələrdə Messi və Mbappe komandalarına daha hərəyə bir top vurublar. Görüşün taleyini penalti həll edib (4:2).

Mbappe bu FIFA Dünya Kubokunun bombardiri olub .

Argentina yığması üçüncü dəfə dünya çempionatının qalibi olub. Argentinalılar əvvəllər 1978 və 1986-cı illərdə turniri qazanmışdılar. Fransızlar 1998 və 2018-ci illərdə dünya çempionu oldular. Ən çox titul rekordçusu Braziliya millisidir (beş dəfə), dörd dəfə italyanlar və almanlar turniri qazandılar, uruqvaylılar iki dəfə, ingilislər və ispanlar bir dəfə çempion oldular.

Emin Axund, Oxuməni.az