Lionel Messini şəkil çəkdirməyə məcbur edən məhşur aşbaz Nüsrət olub

Lionel Messini şəkil çəkdirməyə məcbur edən məhşur aşbaz Nüsrət olub

20 Dekabr 2022 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Dünya çempionatının final gürüşündən sonra maraqlı anlar yaşanıb. Belə ki, Lionel Messi ömür boyu bir dəfə onlarla birlikdə bundan həzz almaq üçün izdiham içərisində sevdiklərini tapmağa çalışarkən, birdən onun qolundan kiminsə dartdığını hiss edib. Həmin adam məhşur aşbaz Nüsrət olub. Aşpazın fürsətçi müdaxiləsi Messini çox qıcıqlandırıb. Sadəcə olaraq selfi istəmək üçün uyğun vaxt deyildi. Futbolçu bu anları dostları və ailəsi ilə anıb, dadını çıxarmaq istəyirdi. Təxminən 50 milyon İnstaqram izləyicisinə və restoran imperiyasına sahib olmasına baxmayaraq, aşbazı Argentinalı futbol əfsanəsi heç tanımayıb da. Ancaq belə adamların qələbələrindən sonra oyunçulara giriş icazəsi verilmiş yüksək səviyyəli FIFA rəsmiləri ilə necə eyni kateqoriyaya düşdüyünü futbolçu anlamayıb. Aşbaz isə məcburi şəkildə futbol əfsanəsi ilə şəkil çəkdirməyə nail olub.

Murad Şahməmmədov