Dünya çempionatında Argentina 41, Fransa 29 milyon  avro qazanıb

Dünya çempionatında Argentina 41, Fransa 29 milyon avro qazanıb

21 Dekabr 2022 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa millisinin futbolçularının DÇ-2022-nin finalındakı məğlubiyyətə görə nə qədər pul aldığları məlum olub

Oxuməni.az xəbər verir ki, Fransa Futbol Federasiyası, Fransa millisinin dünya çempionatının finalına yüksəldiyi üçün 29 milyon avro alıb. Eyni zamanda turnirin qalibi Argentina millisi 41 milyon avro qazanıb.

Fransa Futbol Federasiyası alınan məbləğin 30%-ni yığmanın futbolçularına, məşqçilərinə və heyətinə verib. Belə ki, Fransa millisinin hər bir üzvü 288 min avro alıb.Fransa Futbol Federasiyası pul mükafatının qalan 70%-ni özü üçün saxlayıb, bu pul həvəskar futbolun təşkili və inkişafının maliyyələşdirilməsinə sərf olunacaq.

Xatırladaq ki, dünya çempionatının finalında Argentina və Fransa komandaları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı heç-heçə başa çatıb - 3:3. Argentinalılar penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olublar.

Emin Axund, Oxuməni.az