Buenos-Ayresdə çempionlar paradı iğtişaşlarla başa çatıb

Buenos-Ayresdə çempionlar paradı iğtişaşlarla başa çatıb

21 Dekabr 2022 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Buenos-Ayresdə Argentinanın dünya çempionatındakı qələbəsi münasibətilə keçirilən bayram tədbirləri iğtişaşlar və polislə toqquşmalarla başa çatıb.

Oxuməni.az xəbər verir ki, 30-dan çox insan yaralanıb, 13 nəfər saxlanılıb.

Azarkeşlər komanda ilə görüşün pis təşkil olunmasından hiddətlənib. İnsanlar heç olmasa öz qəhrəmanlarını görməyə ümid edirdilər, ancaq bu mümkün olmadıqda onlar polislərə daş atmağa başlayıblar.

Milli komandanın gəlişi ərəfəsində milyonlarla argentinalı Buenos-Ayresin küçələrinə, magistral yollarına və estakadalarına axışıb. Əvvəlcə milli komandanın Argentinanın paytaxtının əsas simvolu olan "Dikilitaşın" yanından keçəcəyi planlaşdırılıb, lakin polis insanların axınını saxlaya bilməyib. İdmançıların olduğu avtobus çox asta sürətlə hərəkət edirmiş, 11 kilometr yolu qət etmək üçün bir saat vaxt lazım olub.

Emin Axund, Oxuməni.az