FİFA : 2022-ci ilin dünya çempionatında danışılmış oyunlar olmayıb

FİFA : 2022-ci ilin dünya çempionatında danışılmış oyunlar olmayıb

24 Dekabr 2022 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Futbol Federasiyası (FİFA) öz saytında 2022-ci ilin dünya çempionatında danışılmış oyunların olmadığını iddia edən hesabat yayıb.

Oxuməni.az xəbər verir ki, hesabatda 2022-ci il dekabrın 22-də danışılmış oyunlar və üz-üzə mübarizələrin ədalətliliyi ilə bağlı məsələlərin monitorinqi üçün yaradılmış çoxtərəfli işçi qrupunun uğurla başa çatdırıldığı qeyd olunub. Belə hadisələr müəyyən edilməyib.

Xatırladaq ki, dekabrın 18-də Argentina millisi turnirin finalında Fransa yığmasını məğlub edib. Oyunun iki əsas hissəsi 3:3 hesabı ilə başa çatıb, penaltilər seriyasında argentinalılar daha dəqiq olub - 4:2.Report.az