Antonella başqa bir kişinin arvadı ola bilərdi

Antonella başqa bir kişinin arvadı ola bilərdi

27 Dekabr 2022 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya çempionu olmuş argentinalı futbolçu Lionel Messi qələbəsini təkcə milli komandadakı həmkarları ilə deyil, ailəsi ilə də bölüşdü. Stadionda həyat yoldaşı və uşaqları ilə birlikdə fotoqraflara həvəslə poza verdi. Ancaq həyat yoldaşı Antonella keçmişdə tamamilə fərqli bir adamla evlənə bilərdi.

Belə ki, Lionel 5 yaşında ikən ona aşiq oldu. Qız onun ən yaxşı dostunun bacısı idi, buna görə birlikdə çox vaxt keçirdilər. 11 yaşında Messi onunla evlənəcəyinə, Antonellaya həyat yoldaşı olacağına söz verdi. Sonra Messinin həyatı futbol məşqləri ilə doldu və tezliklə Argentinanı tərk etdi. Uzun məsafəli münasibətlər nəticə vermədi. Antonella diatoloq olmağı öyrəndi və sevgilisi ilə evlənməyə hazırlaşdı, lakin planları yaxın dostunun ölümü ilə pozildu.

Qız depressiyaya düşdü, yaxınları ilə ünsiyyətdən belə imtina etdi. Bunu öyrəndikdən sonra Lionel Antonellaya dəstək olmaq üçün vətəninə qayıtdı. Messi hələ də ona aşiq olduğunu başa düşdü. 2008-ci ildə cütlük münasibətlərini elan etdi və sonrakı 7 ildə iki oğlan uşağının valideynləri oldular. Sevgililər toyunu yalnız 2017-ci ildə qeyd etdilər. Beləliklə, Antonella o vaxta qədər dünyanın ən varlı futbolçusu olmuş bir idmançı ilə evləndi. Bir il sonra isə üçüncü oğlan övladları oldu.

Messinin həyat yoldaşı ideal həyat yoldaşı hesab olunur. Yalnız qeyri-adi gözəlliyini qoruyub saxlamır, həm də ərini bütün matçlarında dəstəkləyir.

İsa Rəvan