
Ronaldo ulduzların siyahısında yer almayıb
Dünya Kubokunu qazanan Argentina millisinin futbolçusu Lionel Messi qatıldığı proqramda verdiyi cavabla futbolsevərləri məftun edib. Dünyanın ən yaxşı oyunçuları ilə bağlı sualı cavablandıran Messi, Cristiano Ronaldonun olmadığı ulduzlardan bəzilərinin adını çəkib. Ronaldonun niyə siyahıda yer almadığını soruşduqda argentinalı futbolçu “Onu özümlə siyahıdan çıxarmışam” deyə cavab verib. Futbol azarkeşlərini futbol dünyasının bəlkə də ən böyük rəqabətinə baxmağa vadar edən Messi və Ronaldo meydandan kənarda bir-birinə hörmət edən iki dünya ulduzudur. Nəhayət, argentinalı ulduzun bir proqramda Ronaldo haqqında dedikləri aralarındakı dostluq və hörmət bağının böyüklüyünü bir daha ortaya qoydu.
Murad Şahməmmədov
Digər xəbərlər