Ronaldo niyə Ərəbistanı seçdiyini açıqladı

Ronaldo niyə Ərəbistanı seçdiyini açıqladı

4 Yanvar 2023 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Portuqaliya millisinin üzvü Kristiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçidi haqda danışıb.

Oxuməni.az xəbər verir ki, 37 yaşlı hücumçu bununla baölı keçirilən təqdimat mərasimində deyib:

“Avropa klublarından təkliflər almışam. Bir çox klub - ABŞ, Avstraliya, Braziliya, Portuqaliya klubları mənimlə müqavilə imzalamaq istəyirdilər. Amma "Əl-Nəsr"i seçdim. Mən bu gözəl ölkədə təkcə futbolun deyil, həm də həyatın digər sahələrinin inkişafında iştirak etmək istəyirəm. Nə istədiyimi, həmçinin nə istəmədiyimi bilirəm. Çoxu bilmir, amma bu klubun qadın komandası da var və onların da inkişaf etməsi üçün çalışacağam. Bu bir şansdır və burada məqsədim xeyirli işlər görməkdir. Bu, mənim üçün yeni çağırışdır. İnsanların haqqımda nə dediyi məni maraqlandırmır. Qərarımdan məmnunam".

Xatırladaq ki, Ronaldo "Əl-Nəsr"lə 2 illik müqavilə imzalayıb.qol.az