
Knoll Ronaldonu dünyanın ən yaxşı oyunçusu adlandırıb
2022-ci il dünya çempionatında bir çoxları tərəfindən ən gözəl azarkeş adlandırılan xorvatiyalı fanat İvana Knoll Portuqaliya və “Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldonu dünyanın ən yaxşı futbolçusu adlandırıb.
Oxuməni.az xəbər verir ki, sosial şəbəkələrin birində izləyiciləri ona sual verərək, kimi ən yaxşı oyunçu hesab etdiyini soruşublar: argentinalı Lionel Messi, yoxsa fransalı Kilian Mbappe. Model Ronaldonun hazırda planetin ən yaxşı oyunçusu olduğunu deyərək heç birini seçməyib.
Hazırda Ronaldo yeni klubunun tərkibində heç bir oyun keçirməyib. Yanvarın 19-da, Bakı vaxtı ilə saat 21:00-da Səudiyyə Ərəbistanı çempionatının iki ən yaxşı klubunun komandası ilə PSJ arasında yoldaşlıq görüşü nəzərdə tutulub.
Rüfət, Oxuməni.az
Digər xəbərlər