Beynəlxalq Olimpiya Komitəsi rəhbəri Ukraynanı 2024-cü il Olimpiadasını boykotdan imtina etməyə çağırıb

Beynəlxalq Olimpiya Komitəsi rəhbəri Ukraynanı 2024-cü il Olimpiadasını boykotdan imtina etməyə çağırıb

10 Fevral 2023 12:59
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Olimpiya Komitəsi rəhbəri Ukraynanı 2024-cü il Olimpiadasını boykotdan imtina etməyə çağırıb

Paris Olimpiadasına il yarım qalıb, lakin bu, artıq yeni siyasi qalmaqala səbəb olub.

Oxuməni.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarusdan müharibəyə dəstək verməyən idmançıları neytral bayraq altında yarışlarda iştirak etməyə dəvət etsə də, Ukrayna bu halda oyunları boykot edəcəyinə söz verib.

Paris meri Ann Hidalqo bu yaxınlarda Kiyevə səfər edib və burada rusiyalı idmançıların Olimpiadada iştirakına icazə verməməyə çağırıb.

“Nə qədər ki, ruslar sizi bombaladığı, mülki əhalinizi və infrastrukturunuzu hədəfə aldığı, rus əsgərləri ərazinizi işğal etdiyi halda, mən rusiyalı idmançıların Parisdəki idman yarışlarında iştirakını istəmirəm”, -bu çıxışı Ann Hidalqo Kiyev şəhər məclisində edib.

Buna baxmayaraq, Fransa hökuməti hesab edir ki, rusiyalıların Olimpiadaya buraxılması ilə bağlı qərar tamamilə Beynəlxalq Olimpiya Komitəsinin məsuliyyətidir.

Öz növbəsində, BOK-un rəhbəri Tomas Bax Ukraynanın idman nazirinə məktub yazıb və orada qeyd edib ki, olimpiadanın boykot edilməsi ilə bağlı Ukrayna rəsmiləri tərəfindən hədələr “son dərəcə təəssüf doğurur” və "Olimpiya Xartiyasının" prinsiplərə ziddir.

Fuad, Oxuməni.az