Ashihara Karate Federasiyası ənənəvi olaraq kəmər imtahanı keçirdi

Ashihara Karate Federasiyası ənənəvi olaraq kəmər imtahanı keçirdi

13 Mart 2023 11:58
Bəyəndim (3) Bəyənmədim (0)

Ötən bazar günü-12 mart 2023-cü ildə Azərbaycan Respublikasının Ashihara Karate Federasiyası karateçilər arasında növbəti dəfə ənənəvi olaraq kəmər imtahanı keçirdi.

İlk öncə imtahan verən idmançılar təntənəli surətdə federasiyanın arenasına daxil oldular. İdmançılar Azərbaycan Respublikasının üç rəngli bayrağı altında dövlət himnimizi səsləndirildikdən sonra, açılış üçün söz Azərbaycan Ashihara Karate Federasiyasının Prezidendi, əməkdar idman xadimi Maarif Bağırova verildi.

Maarif Bağırov qeyd etdi ki, mən bu imtahanda iştirak edən idmançıların içərisində gələcəyin avropa və dünya yarışlarının qalibləri olacağına çox inanıram və arzu edirəm ki, karatedə kəmər imtahanına ciddi hazırlaşdığınız kimi, təhsilinizə də ciddi yanaşasınız. Ölkəmizi dünyada təmsil edən savadlı və sağlam idmançılara hələ çox ehtiyacımız olacaq.

Sonra kəmər imtahanı götürmək üçün Ashihara Karate Federasiyasının məşqçiləri Dünya, Avropa və Asiya çempionları Elnur, Natiq və Kənan müəllim imtahan öncəsi Ashihara Karate Federasiyasının Prezidendi, əməkdar idman xadimi Marif Bağırovun tövsiyələrini dinlədilər. Nəhayət gərgin imtahan başladı. İdmançılar müxtəlif nömrələr nümayiş etdirdilər. Sonda yaxşı nəticə göstərən karateçilərə diplom və kəmərlər təqdim edildi.

Murad Şahməmmədov