Bu gün AVRO-2024-ün seçmə mərhələsinə start veriləcək

Bu gün AVRO-2024-ün seçmə mərhələsinə start veriləcək

23 Mart 2023 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start veriləcək.

Oxuməni.az xəbər verir ki, ilk olaraq C, H və J qruplarında səkkiz oyun keçiriləcək.

Günün maraqla gözlənilən qarşılaşması İtaliyada baş tutacaq. Turnirin son qalibi finalda məğlub etdiyi İngiltərəni qəbul edəcək.

C qrupunda, həmçinin, Şimali Makedoniya - Malta görüşü də təşkil olunacaq.

AVRO-2024, seçmə mərhələ

I tur
C qrupu

23:45. İtaliya - İngiltərə
23:45. Şimali Makedoniya - Malta

H qrupu
19:00. Qazaxıstan - Sloveniya
22:45. Danimarka - Finlandiya
22:45. San Marino - Şimali İrlandiya

J qrupu
23:45. Portuqaliya - Lixtenşteyn
23:45. Slovakiya - Lüksemburq
23:45. Bosniya və Herseqovina - İslandiya