Boksçu Nikolay Valuev ölümün bir addımlığında

Boksçu Nikolay Valuev ölümün bir addımlığında

10 May 2023 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Boks üzrə keçmiş dünya çempionu Nikolay Valuev Lisiçanska son səfərindən danışıb. “Biz komanda məntəqəsinə daxil olduq və bu anda olduğumuz məkana nəsə çox möhkəm bi şey dəydi. Sonradan məlum oldu ki, bu raket olub və xoşbəxtlikdən partlamayıb. Qonşu otaqda dincələn bir kişi zərbənin təsirindən dünyasını dəyişib. Zərbə o qədər güclü olmuşdu ki, dünyasını dəyişən kişinin ayaqları qopmuş və qan itkisindən ölərək yerdə qalmışdı " deyə Valuev bildirib.

Xatırladaq ki, boks karyerası ərzində Valuev ağır çəki dərəcəsində mübarizə aparıb. O, ağır çəkidə dünya çempionudur. 21 dekabr 2011-ci ildən Nikolay Valuyev Rusiya Dövlət Dumasının deputatıdır.

Murad Şahməmmədov