"Mən bilirəm ki, kişilərin hamısı xəyanət edir, əsas odur ki, mən ərə gedəndə bunu bilməyim"

"Mən bilirəm ki, kişilərin hamısı xəyanət edir, əsas odur ki, mən ərə gedəndə bunu bilməyim"

21 May 2023 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

"Kabayevanın səmimi təbəssümü, parlaq xarizması və qadın incəliyi çeviklik və dözüm tələb edən gimnastika ilə birgə etalon hesab edilir..."

"Vova eyvanın qarşısında dayanıb ucadan deyirdi: "Alina, lütfən, eyvana çıx!"

Rusiyanın əsas gimnast qadını, bədii gimnastika üzrə Olimpiya çempionu Alina Kabayeva 40 yaşını qeyd edib.

Onun parlaq xarizması və Günəş təbəssümü bütün dünyada milyonlarla insanın qəlbini fəth edib.

Bu barədə "RİA Novosti" agentliyi yazıb.

Agentlik idmançı və onun məşqçisinin müsahibələri əsasında 2022-ci ilin "Dünyanın bütün qızılları" filmi üçün material hazırlayıb. Burada Alina öz romantik münasibətlərinin sirlərindən danışıb.

O, dünya idmanının ən gözəl qadınının ürəyinə kişinin yol tapmasının asan olub-olmaması, ilk məhəbbət, karyerasında asan olmayan yüksəlişi və sınaqları barədə və onu hamıdan güclü olmağa sövq edən həyat qaydalarından danışıb.

Alina Kabayevanın atası futbolçu olub, qız uşaqlıqdan diqqət mərkəzində olmağın-stadionda hamının atasının ulduz olduğunu düşünməsinin və onu sevməsinin nə demək olduğunu görüb. Öz personasının da diqqəti cəlb etməsi istəyi tədricən balaca Alinada da yaranmağa başlayıb. Kabayeba xatırlayıb ki, saatlarla evdə rəqs edib.

"Özüm özüm barədə elan edirdim: "Bax, mən, Alina Kabayeva, xalq artistiyəm, sözləri xalqındır, musiqi də xalq musiqisidir", - gimnast qadın xatırlayır. Qızı gimnastikaya anası gətirib. Əvvəldən onun göstəriciləri yaxşı olub.

Ailəsi əvvəlcə Daşkənddə yaşayıb, onun üçün karyera nərdivanında yüksəlmək asan olmayıb. Hətta o, yaxşı çıxış etsə belə, birinci yer onun rəqiblərinə verilib.

Qız özünün yaradıcılıq yolunda çoxsaylı məyusluqlarla üzləşib, məğlubiyyətini ağrılı qəbul edib və çoxlu göz yaşlarına qərq olub. Lakin anası onu Moskvaya, İrina Vinerin yanına aparıb.

Alina Vinerin xoşuna gəlib, lakin məşqçi ona sərt tələb qoyub-arıqlamalısan! Qız bunu böyük həvəslə qəbul edib, ilk günlər yalnız su içib, hətta yüngül salatlardan da imtina edib.

Kabayevanın xarakteri tədricən özünü büruzə verib, o, gərgin məşqlərdə və müxtəlif sınaqlarda bərkiyib.

"Əgər sən yorulmusansa, yenə də sonadək getməlisən. Məşğələ bitəcək, o zaman dayanacaqsan. Əgər mənin haramsa ağrıyırsa, mən bunu hiss etmirəm", - Alinanın həyat qaydalarından biri belə səslənir.

O, öz rəqiblərinə daha heç vaxt diqqət yetirməyib. "Heç kimə oxşamağa çalışmıram. Mənə lazım olan qədər məşq edirəm, istədiyim zaman yuxudan oyanıram. Qoy istəyənlər mənə oxşasınlar".

Gənc gimnast qadın nə qədər çox uğurlar qazanıbsa, bir o qədər vəsvəsə, gəzintilər olub və əlbəttə ki, kişilərin diqqətini cəlb edib. Lakin Alina seçim etməyi bacarıb.

O, ilk məhəbbətini hərarətlə xatırlayır. Onun adı Vova olub.

"O, eyvanın qarşısında dayanıb ucadan deyirdi: "Alina, Alina, lütfən, eyvana çıx". O zamandan xasiyyətim belə olub, çıxmaq istəyirdim, amma çıxmırdım. Yalnız ertəsi gün çıxırdım", - Kabayeva deyib. Gənc gimnast qız üçün idman həmişə birinci yerdə olub və məşqçisi bunu çox yaxşı bilib.

"O, çox ağıllı qızdır. "İrina Aleksandrovna, mən bilirəm ki, kişilərin hamısı xəyanət edir. Lakin əsas odur ki, mən ərə gedəndə bunu bulməyim". Bunu 15 yaşlı uşaq deyib", - Vener xatırlayıb.

2000-ci ildə Sidneydə Alina çətin sınaqla üzləşib. Şəriksiz lider statusunda yarışlara gəlib, məğlubiyyətlə geriyə dönüb. İkinci hərəkətdə halqa əlindən düşüb və pyedestalda möcüzə nəticəsində dayana bilib. Daxilən emosiyalardan üzülsə də, çıxışını təbəssümlə bitirib və heç kimə öz hisslərini göstərməyib.

Moskvaya dönməyə utanıb, düşünüb ki, insanları pis vəziyyətə salıb. Lakin hamı ona dəstək olub və idmanı buraxmamağı xahiş edib. Buna baxmayaraq, digər gimnast qadın Yulya Barsukova Rusiyaya qızıl medal qazandırıb.

Dünya çempionatındakı yanlışlıqdan sonra həqiqət anı gəlib: ya hər şeyə son qoymalı, ya da toparlanmalı. Kabayeva dəyanətlidir və öz zəif cəhətlərinin öhdəsindən gəlməyi bacarıb.

Parlaq Alina daha ağlamayıb. Hətta Sidney məyusluğundan dörd il sonra Afina Olimpiadasında qızıl medal qazananda da bircə damla göz yaşı axıtmayıb.

Kabayevanın səmimi təbəssümü və qadın incəliyi mürəkkəb çeviklik və dözüm tələb edən gimnastika ilə birgə indiyədək bir çox mütəxəssislər və pərəstişkarları tərəfindən etalon hesab edilir.

Alinanın hesabında Olimpiya qızıl və bürünc medalı, dünya çempionatlarının 15 qızıl və Avropa çempionatlarının 9 qızıl medalı var.

Kabayevanın şəxsi həyatı barədə isə çox az şeylər bəllidir, şayiələri isə o, şərh etməməyə üstünlük verir. Kabayevanın Putinlə sevgi macəraları, ona ərə getməsi və ondan uşaq dünyaya gətirməsi barədə Rusiya və dünya mətbuatında çox yazılıb. Ancaq bu, başqa bir məqalənin mövzusudur. Biz isə hələlik Putin və Alina arasında olan sevgi macəraları barədə onların birgə fotolarını verməklə kifayətlənirik. Moderator.az