Argentinalı futbolçu Lionel Messinin yeni komandası İnter Mayami olacaq

Argentinalı futbolçu Lionel Messinin yeni komandası İnter Mayami olacaq

8 İyun 2023 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Messi: “Mayamiyə getməyə qərar verdim. Sövdələşmə 100 faiz deyil. Görüləsi işlər var lakin mən səyahətimiə orada davam etmək qərarına gəldim” deyə xarici mətbuata bildirib.

Fransanın Paris Saint Germain klubundan ayrılan argentinalı ulduz futbolçu Lionel Messi karyerasını ABŞ Futbol Liqasının (MLS) komandalarından olan İnter Mayamidə davam etdirəcəyini açıqlayıb.

İyunun 24-də 36 yaşı tamam olacaq Lionel Messinin PSJ ilə müqaviləsi iyunun 30-da başa çatacaq və sərbəst buraxılacaq.

Murad Şahməmmədov