Ukrayna futbolunun rəhbəri həbs edilib

Ukrayna futbolunun rəhbəri həbs edilib

16 İyun 2023 11:50
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna futbolunun rəhbəri Andrey Pavelko 60 gün müddətinə həbs edilib.

Oxuməni.az xəbər verir ki, müvafiq qərarı Lvov Şevçenkov rayon Məhkəməsi qəbul edib.

Ukrayna Futbol Assosiasiyasının (UAF) rəhbəri maliyyə fırıldaqçılığı və süni ot istehsalı zavodunun inşası zamanı UEFA-nın vəsaitlərinin mənimsənilməsində, habelə o vaxtkı Ukrayna Futbol Federasiyası üçün yüksək qiymətlərə məhsulların alınmasında şübhəli bilinir. Əvvəllər Pavelko maliyyə fırıldaqçılığında şübhəli bilinirdi. O, keçən il nəzarətə alınsa da girov müqabilində sərbəst buraxılmışdı.

"Strana" nəşrinin mənbələri Ukrayna Prezidenti Vladimir Zelenski və Ofisinin Pavelkonu Andrey Şevçenko ilə əvəz etmək üçün UAF prezidenti vəzifəsindən azad etmək üçün fəal səy göstərdiyini bildiriblər.

Əziz Salam