Fənərbağçanın yeni transferi Becao İstanbuldadır

Fənərbağçanın yeni transferi Becao İstanbuldadır

20 İyul 2023 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Fənərbağçanın yeni transferi Rodriqo Bekao İstanbula gəlib. Braziliyalı futbolçu səhhəti yoxlanıldıqdan sonra onu sarı-göy rənglərə bağlayan müqaviləyə imza atacaq.

Fənərbaxça uzun müddətdir danışıqlar apardığı Rodriqo Bekaonu alıb. Klubdan məlumat verilib ki, Rodrigo Becao sağlamlıq müayinəsindən keçmək və bəzi işləri tamamlamaq üçün İstanbula dəvət olunub.

Braziliyalı müdafiəçi gecə saat 01:00 radələrində İstanbula gəlib. Hava limanında klub rəsmiləri tərəfindən qarşılanan 27 yaşlı futbolçu gecələmək üçün hotelə yollanıb. Becao müqaviləni cümə axşamı sağlamlıq yoxlamasından sonra imzalayacaq.

Murad Şahməmməd