Çerçesov Macarıstanın Ferentsvaroş klubunun baş məşqçisi vəzifəsindən azad edilib

Çerçesov Macarıstanın Ferentsvaroş klubunun baş məşqçisi vəzifəsindən azad edilib

20 İyul 2023 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyalı Stanislav Çerçesov Macarıstanın "Ferentsvaroş" futbol klubunun baş məşqçisi vəzifəsindən azad edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə çərşənbə günü klubun mətbuat xidməti məlumat yayıb.

İyulun 19-da Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Farer Klaksviklə qarşılaşan Ferentsvaroş 0:3 hesabı ilə məğlub olaraq turniri tərk edib. İlk görüş 0:0 hesabı ilə başa çatıb.

“Klaksviklə görüşdən sonra klubun prezidenti Qabor Kubatov Çerçesovla şəxsi görüş keçirib. Onun baş məşqçi postundan getməsinə qərar verilib. Baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən Csaba Mate olacaq”, - deyə məlumatda bildirilir.

Əziz Mustafa