“Beşiktaş”ın bu gün Bakıya gələcəyi gözlənilir

“Beşiktaş”ın bu gün Bakıya gələcəyi gözlənilir

9 Avqust 2023 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Beşiktaş” klubunun Bakıya gətirəcəyi heyət açıqlanıb.

Oxuməni. az Türkiyə mətbuatına istinadla bildirir ki, bu gün Azərbaycana yollanacaq komandanın heyətində 23 oyunçu yer alacaq.

Qapıçılar: 1. Ersin Destanoğlu, 34. Mert Günok, 97. Utku Yuvakuran.

Müdafiəçilər: 3. Fransisko Montero, 4. Onur Bulut, 6. Omar Kolli, 12. Daniel Emerti, 24. Valentin Rosye, 77. Umut Meraş.

Yarımmüdafiəçilər: 8. Salih Uçan, 17. Kərəm Kesgin, 19. Amir Haciahmetoviç, 20. Necip Uysal, 21. Dəmir Tıknaz, 23. Kartal Yılmaz, 41. Oğuzhan Akgün, 71. Cin Onana, 83. Gedson Fernandeş, 99. Emrecan Bulut.

Hücumçular: 7. Ante Rebiç, 10. Vensan Abubakar, 40. Cekson Muleka, 90. Semih Kılıçsoy.

Qeyd edək ki, avqustun 10-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Beşiktaş” görüşü saat 21:00-da başlayacaq.