Bakıda Dünya Kuboku uğrunda şahmat yarışları davam edir: Nicat Abasov növbəti mərhələyə yüksəlib

Bakıda Dünya Kuboku uğrunda şahmat yarışları davam edir: Nicat Abasov növbəti mərhələyə yüksəlib

16 Avqust 2023 16:47
Bəyəndim (1) Bəyənmədim (0)

Bakıda Dünya Kuboku uğrunda şahmat yarışları davam edir. Yarışda iştirak edən Azərbaycan şahmatçılarından yalnız Nicat Abasov uğurla çıxış edir.

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda 1/4 final mərhələsinin növbəti oyununu keçirib.

Oara fiqurlarla mübarizə aparan 28 yaşlı qrossmeyster bu raundda Hindistan təmsilçisi Vidit Santoşla üz-üzə gəlib.

Qarşılaşma heç-heçə başa çatıb - 0,5:0,5.

Xatırladaq ki, bu gün keçiriləcək ikinci görüşdə də qalib müəyyənləşməsə, tay-brek oynanılması nəzərdə tutulmuşdu. Ümid edirdik ki, Nicat Abasov uğurlarını davam etdirərək Vidit Santoşu da məğlub edərək növbəti mərhələyə adlayacaq. Ümidlərimiz özünü dorultdu.

28 yaşlı qrossmeyster 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoşu məğlub edib - 1:0.

Bununla da Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinala yüksəlib.

Onu da deyək ki, Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.

Qeyd edək ki, Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.

E.Axund