Səudiyyə Ərəbistanı UEFA Çempionlar Liqasında yer almaq istəyir

Səudiyyə Ərəbistanı UEFA Çempionlar Liqasında yer almaq istəyir

18 Avqust 2023 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanı Futbol Assosiasiyası 2024-2025-ci illər mövsümü üçün UEFA Çempionlar Liqasında yerli çempionatdan bir klubun iştirak etmək imkanını nəzərdən keçirir.

Bu barədə Calcio e Finanza nəşri məlumat yayıb.

Gələn mövsüm Çempionlar Liqasının formatı böyük dəyişikliklərə məruz qalacaq. Komandalar adi qrup mərhələsi əvəzinə İsveçrə sistemi ilə oynayacaqlar. Qarşıdakı dəyişikliklər fonunda Səudiyyə futbolunun nümayəndələri Səudiyyə Ərəbistanı Pro Liqasının qalibi olan Avropanın əsas klub turnirində iştirak üçün “wild card” əldə etmək istəyirlər.

Bu yolla Səudiyyə Futbol Assosiasiyası yerli liqanın nüfuzunu artırmaq, eləcə də böyük pul inyeksiyaları və status transferləri fonunda dünyanın ən yaxşı klubları ilə rəqabət mühitində mübarizə aparmaq istəyir. Bu ideyanı həyata keçirmək üçün səudiyyəlilər UEFA ilə danışıqlar aparmalı olacaqlar, çünki Səudiyyə Ərəbistanı klubunun turnirində iştirak etmək Avropa komandalarından birinin yer itirməsi deməkdir.

Səudiyyə klublarının UEFA Çempionlar Liqasını Asiya qitə turnirlərində iştirakı ilə necə birləşdirəcəkləri hələ də qaranlıq qalır. Onlar mart-avqust aylarında Ərəb Çempionlar Kubokunda, avqust-may aylarında isə Asiya Futbol Konfederasiyasının (AFC) Çempionlar Liqasında iştirak edirlər.

Əziz Mustafa