Futbol Federasiyasının prezidentinin üzr istəməsi yetərli deyil

Futbol Federasiyasının prezidentinin üzr istəməsi yetərli deyil

23 Avqust 2023 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın baş naziri Pedro Sançes qadınlardan ibarət millinin futbolçusu Hermosonu dodaqlarından öpən Futbol Federasiyasının prezidentinin üzr istəməsinin yetərli olmadığını bildirib.

"Gördüklərimiz qəbuledilməz bir hərəkət idi. Məncə, Rubialesin təklif etdiyi üzrxahlıq da adekvat deyil. Hətta bunun yersiz olduğunu düşünürəm", - Sançes belə deyib.

İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales dünya çempionu İspaniya komandasına qızıl medalları verərkən Hermosonun dodaqlarından, digər oyunçuların isə yanaqlarından öpüb və ya qucaqlayıb. 45 yaşlı Rubiales sosial şəbəkədə yerləşdirilən video ilə əlaqədar üzr istəyib.

Hermoso ilə fantastik bir əlaqəsi olduğunu qeyd edən Rubiales, "Bu, ən həyəcanlı anımızda heç bir pislik olmadan edildi. Biz bunu təbii və normal gördük, ancaq kənarda səs-küyə səbəb oldu" deyə əlavələr edib.

Murad Şahməmməd