Bu yay transferlərə ən çox pul xərcləyən futbol klublarının  adları açıqlanıb

Bu yay transferlərə ən çox pul xərcləyən futbol klublarının adları açıqlanıb

6 Sentyabr 2023 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Transfermarkt portalı yay transfer pəncərəsində yeni gələnlərin alınmasına ən çox pul xərcləyən futbol klublarının reytinq cədvəlini hazırlayıb.

“Çelsi” yeni gələn futbolçular üçün 464 milyon avro xərcləyərək liderlik edir. “Çelsi” 11 yeni futbolçu alıb. Londonlular bu yay pəncərəsinin ən bahalı transferlərindən biri olan ekvadorlu yarımmüdafiəçi Moises Kaysedo üçün "Brayton"a 116 milyon avro ödəyib.

İlk üçlüyə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu və müvafiq olaraq 353 milyon və 350 milyon xərcləyən Fransanın “Paris Sen-Jermen” klubları da daxil olub.

Yay transfer pəncərəsində yeni oyunçulara ən çox pul xərcləyən 10 klub:

"Çelsi" (İngiltərə) - 464 milyon avro;
Əl-Hilal (Səudiyyə Ərəbistanı) - 353 milyon avro;
Paris Saint-Germain (Fransa) - 350 milyon avro;
"Tottenhem" (İngiltərə) - 249 milyon avro;
"Mançester Siti" (İngiltərə) - 241 milyon avro;
"Arsenal" (İngiltərə) - 235 milyon avro;
"Mançester Yunayted" (İngiltərə) - 207 milyon avro;
Əl-Əhli (Səudiyyə Ərəbistanı) - 194 milyon avro;
"Liverpul" (İngiltərə) - 172 milyon avro;
Əl-Nasr (Səudiyyə Ərəbistanı) - 165 milyon avro.

Qeyd edək ki, Səudiyyə klubları hələ də reytinqdə yüksələ bilər, çünki onların çempionatında transfer pəncərəsi sentyabrın 7-i axşam saatlarında bağlanacaq.

Əziz Mustafa