İlin futbolçusuna verilən “Qızıl top” mükafatına 2023-cü il üçün namizədlər bəlli olub

İlin futbolçusuna verilən “Qızıl top” mükafatına 2023-cü il üçün namizədlər bəlli olub

7 Sentyabr 2023 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

«France Football» jurnalı tərəfindən 1956-cı ildən bəri ilin futbolçusuna verilən "Qızıl top" mükafatına 2023-cü il üçün namizədlərin siyahısı açıqlanıb. İspaniyanın “Barselona” komandasında çıxış edən 32 yaşlı türk əsilli futbolçu İlkay Gündoğan və Almaniyanın Bundesliqa təmsilçisi “Bavariya”da çıxış edən “Fənərbağça”nın sabiq Cənubi Koreyalı müdafiəçisi Kim Min-jae də siyahıda yer alıb.

İndiyədək 5 dəfə “Qızıl top” mükafatını qazanan portuqaliyalı ulduz hücumçu Kriştiano Ronaldo 2003-cü ildən sonra ilk dəfə namizədlər arasında yer almayıb.

2023-cü il üçün "Qızıl top"a namizədlər:

Yosko Qvardiol (Mançester Siti, Xorvatiya)

Camal Musiala (Bavariya, Almaniya)

Andre Onana (Mançester Yunayted, Kamerun)

Kərim Benzema (Əl İttihad, Fransa)

Məhəmməd Salah (Liverpul, Misir)

Bukayo Saka (Arsenal, İngiltərə)

Kevin de Bruyne (Mançester Siti, Belçika)

Jude Bellingham (Real Madrid, İngiltərə)

Randal Kolo Muani (Paris Sen-Jermen, Fransa)

Bernardo Silva (Mançester Siti, Portuqaliya)

Xvicha Kvaratskelia (Neapol, Gürcüstan)

Nikolo Barella (İnter, İtaliya)

Emiliano Martinez (Aston Villa, Argentina)

Ruben Dias (Mançester Siti, Portuqaliya)

Erlinq Haaland (Mançester Siti, Norveç)

Martin Odegaard (Arsenal, Norveç)

İlkay Gündoğan (Barselona, ​​Almaniya)

Yassine Bounou (Əl Hilal, Mərakeş)

Julian Alvares (Mançester Siti, Argentina)

Vinisius Junior (Real Madrid, Braziliya)

Rodri (Mançester Siti, İspaniya)

Antuan Qrizmann (Atletiko Madrid, Fransa)

Lionel Messi (İnter Mayami, Argentina)

Lautaro Martinez ("İnter", Argentina)

Robert Levandovski (Barselona, ​​Polşa)

Kim Min-jae (Bavariya, Cənubi Koreya)

Luka Modriç (Real Madrid, Xorvatiya)

Kilian Mbappe (Paris Sen-Jermen, Fransa)

Harri Keyn (Bavariya, İngiltərə)

Viktor Osimhen (Neapol, Nigeriya)

Xatırladaq ki, ötən il “Qızıl top” mükafatını Kərim Benzema alıb.

Murad Şahməmməd