Öpüş qalmaqalı: İspaniya futbolunun rəhbəri istefa verdi

Öpüş qalmaqalı: İspaniya futbolunun rəhbəri istefa verdi

11 Sentyabr 2023 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya Kral Futbol Federasiyasının (RFEF) müvəqqəti olaraq fəaliyyəti dayandırılmış prezidenti Luis Rubiales X (keçmiş Twitter) səhifəsində postunu tərk etmək qərarına gəldiyini açıqlayıb.

“Bu gün mən prezident səlahiyyətlərini icra edən Pedro Roçaya RFEF prezidenti vəzifəsindən istefa verdiyim barədə məlumat verdim. "Mən də Avropa Futbol Assosiasiyaları İttifaqında (UEFA) vitse-prezident vəzifəmlə eyni şeyi etdiyimi bildirdim",- deyə o yazıb.

Rubialesin sözlərinə görə, özünə qarşı aparılan araşdırmaları nəzərə alaraq, o, İspaniya futboluna daha çox zərər vurmamaq qərarına gəlib: “İspan futbolunun bütün bu qeyri-mütənasib kampaniyadan əziyyət çəkməsini istəmirəm və hər şeydən əvvəl, buna əmin olandan sonra bu qərarı verirəm. Mənim getməyim sabitliyə töhfə verəcək”.

Əziz Salamoğlu