Trabzonsporun yeni transferi Nikolas Pepe: İnanılmaz dərəcədə xoşbəxtəm

Trabzonsporun yeni transferi Nikolas Pepe: İnanılmaz dərəcədə xoşbəxtəm

11 Sentyabr 2023 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

Trabzonsporun yeni transferi Nikolas Pepe “İnanılmaz dərəcədə xoşbəxtəm. Hər kəsə təşəkkürlər. Hər şey inanılmazdır" deyə mətbuata açıqlama verib.

Trabzonsporun Arsenaldan transfer etdiyi Nikolas Pepe Türkiyəyə gəlib. Parisdən saat 21.30-da şəxsi təyyarə ilə yola düşən 28 yaşlı futbolçu saat 00.15 radələrində hava limanınada qarşılanıb. Trabzonsporun çağırışı ilə hava limanına toplaşan azarkeşlər futbolçunu gözləyirdilər. Həvəsli azarkeşlərin verdiyi güllərlə şəhərə daxil olan sağ cınağ oyunçusu daha sonra azarkeşlərə üçlü futbol fəndi də göstərib.

Həyəcanlı olduğunu bildirən Pepe, "İnanılmaz dərəcədə xoşbəxtəm. Hər kəsə təşəkkür edirəm. Hər şey inanılmazdır. Transfer prosesi yaxşı keçdi. Mənə inandığı və güvəndiyi üçün Trabzonspora təşəkkür edirəm".

Futbolçu izdihamın arasından keçməkdə çətinlik çəkib və onu gözləyən avtomobilə minib. Sabah komandaya qoşulacaq futbolçu azarkeşlərin alqışları ilə qalacağı otelə doğru hərəkət edib.

Murad Şahməmməd