Karlos Sayns Sinqapur Qran Prisinin qalibi oldu

Karlos Sayns Sinqapur Qran Prisinin qalibi oldu

18 Sentyabr 2023 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

Ferrari komandasının ispaniyalı pilotu Karlos Sayns startdan sona liderlik edərək Formula 1 dünya çempionatının 15-ci mərhələsinin qalibi olub. Ferrari komandasının ispan pilotu Karlos Sayns Formula 1 üzrə dünya çempionatının 15-ci mərhələsində - Sinqapur Qran Prisində qalib gəlib. Beləliklə, Sayns Hollandiyalı Red Bull pilotu Maks Ferstappenin dünya çempionatının mərhələlərində 10-cu qələbəlik rekord seriyasını kəsib. Sinqapur küçələrində keçirilən yarışda ikinci yeri britaniyalı Lando Norris (McLaren), üçüncü yeri onun həmyerlisi, Mercedes-i təmsil edən Lyuis Hamilton tutub. Son dövrədə üçüncü pillədə olan britaniyalı Corc Rassel idarəetməni itirərək yarışı tərk edib. Verstappen 374 xalla dünya çempionatının ümumi turnir cədvəlinə başçılıq etməkdə davam edir. Peres ikinci yerdə (223 xal), Hamilton isə üçüncü yerdə (180 xal).

Konstruktorlar çempionatında Red Bull inamla liderlik edir, Mercedes ikinci yerdədir, Ferrari isə ilk üçlüyü tamamlayır.

Murad Şahməmməd