Neymar ikinci dəfə ata oldu

Neymar ikinci dəfə ata oldu

11 Oktyabr 2023 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliyalı futbolçu Neymar ikinci dəfə ata olub. Sevgilisi Bruna Biankardi və qızı ilə kamera qarşısına keçən Neymar körpənin adını da açıqlayıb. Hazırda Səudiyyə Ərəbistanının Peşəkar Liqa komandalarından olan "Əl-Hilal"da çıxış edən dünyaca məşhur braziliyalı futbolçu Neymar yenidən ata olub. 31 yaşlı ulduz futbolçu Neymar və sevgilisi Bruna Biankardi qız uşaqlarının olduğunu açıqlayıblar. Neymar - Bruna Biankardi cütlüyü qızlarına Mavie adını verib. İkili qızları ilə ilk fotolarını sosial şəbəkədə paylaşaraq "Maviemiz həyatımıza qatıldı. Xoş gəldin, qızım. Səni çox sevirik. Bizi seçdiyiniz üçün təşəkkür edirik" mesajını yazıblar. Neymar və sevgilisi Bruna Biankardi hamiləlik xəbərini aprel ayından açıqlamışdı.

Neymar və Bruna Biankardi 2022-ci ildən birlikdədirlər. İkili eyni ilin yayında qısa bir ayrılıq yaşasalarda yenidən bir araya gəliblər. Neymarın keçmiş sevgilisi Karolina Dantasdan 12 yaşlı Davi Luka adlı oğlu var.

Murad Şahməmməd