İkardinin həyat yoldaşı: İmkanım olsaydı, onunla min dəfə evlənərdim

İkardinin həyat yoldaşı: İmkanım olsaydı, onunla min dəfə evlənərdim

13 Oktyabr 2023 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Mauro İkardinin həyat yoldaşı Vanda Nara verilişə qatılmaq üçün İtaliyaya gedərkən «Oggi» jurnalına açıqlama verib. Xəstəliyi zamanı ailə olaraq çətin günlər keçirdiklərini deyən Vanda Nara "Qalatasaray"ın ulduz futbolçusu İkardi ilə şəxsi həyatına da toxunub.

Qalatasarayın ulduz futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Naradan çox özəl açıqlamalar gəlib. Xəstəliyi zamanı ailə olaraq çətin günlər yaşadıqlarını bildirən Vanda Nara, "Xəbəri eşidən zaman Mauro futbolu buraxmağı düşündü və evdə ağlayırdı. Anam 3 ay mənimlə qaldı. Şəxsi həyatları ilə bağlı açıqlama verən Nara belə davam edib: "Mauro ilə aramızda heç vaxt ayrılıq, xəyanət olmayıb. İmkanım olsaydı, onunla min dəfə evlənərdim. Mauro futbolu tərk edəndə Milanda yaşayacağıq. Ticinodakı bağ evimiz var".

"Uşaqlarımla bacardığım qədər çox vaxt keçirirəm, onları dayəsiz böyütməkdən xoşbəxtəm. Mauro ilə mən həyatda daha az acgözük. O, bu yay ona çox, daha çox pul qazandıracaq kluba gedə bilərdi, amma biz İstanbulda qaldıq və orada çox xoşbəxtik”.

İtalya mətbuatı İkardinin Milan komandalarına göz qırpdığını iddia edib. Argentinalı ulduzu "İnter" və "Milan"ın da izlədiyi və futbolçunun performansı ilə yenidən bu iki klubun radarında olduğu vurğulanıb.

Baxın görün nələr yaşanır, «Qalatasarayın "Aston Villa"ya icarəyə verdiyi Zaniolo və "Nyukasl Yunayted"də çıxış edən Tonali qanunsuz mərc oyununun istintaqı çərçivəsində ifadə verib. İtaliya mətbuatı iki futbolçunun milli komandanın meneceri Buffonun müşayiəti ilə polislə görüşdüyünü və daha sonra düşərgəni tərk etdiyini yazıb. Ötən gün "Yuventus"un futbolçusu Nikolo Faqiolinin açıqlaması alınıb» - deyə futbolçunun həyat yoldaşı sözlərini yekunlaşdırıb.

Murad Şahməmməd