Monqolustan Paris Olimpiadası üçün ₮22 milyard xərcləyəcək

Monqolustan Paris Olimpiadası üçün ₮22 milyard xərcləyəcək

30 Oktyabr 2023 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

2024-cü il Yay Olimpiya Oyunları Avropanın ən böyük şəhərlərindən biri olan Parisdə keçiriləcək. Dörd ildən bir keçirilən bu ən böyük beynəlxalq kompleks idman yarışına Monqolustanın büdcəsindən 22 milyard tugrik ayrılıb.

Bədən İdmanı Dövlət Komitəsi 2024-cü il Paris Yay Olimpiya və Paralimpiya Oyunlarına və 2026-cı il Milan Qış Olimpiya və Paralimpiya Oyunlarına hazırlıqla bağlı milli komandanın tərkibini açıqlayıb. Olimpiadaya hazırlaşan milli komanda idmançıları aylıq 300 milyon tugrik maaş alacaqlar.

Bu günə olan məlumata görə, Olimpiya Oyunlarının başlamasına 273 gün qalıb. Oyunlar gələn il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Əziz Mustafa