Fabio Grosso başından xəsarət alıb

Fabio Grosso başından xəsarət alıb

30 Oktyabr 2023 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

«Lion»un baş məşqçisi Fabio Grosso bazar günü Fransa liqasında "Marsel"lə oyundan əvvəl komandasının avtobusunun hücuma məruz qalmasından sonra başından xəsarət alıb. Azarkeşlər avtobusa daş ataraq şüşəni sındırıblar və nəticədə Grosso xəsarət alıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə futbol məşqçisinin üzünün və əllərinin qan içində olduğu görünür. Fransa futbolunun idarəedici orqanı, «Ligue de Football Professionnel», fövqəladə iclasdan sonra bəyanat verərək: «Avtobusuda baş verən insidentlərdən sonra şərtlər nəzərə alınaraq hələlik oynunun təxirə salındığını bildirib.
"Olimpik Marsel və dövlət orqanları belə qərara gəliblər ki, «OM-OL» oyunu bu axşam saat 20.45-də oynanılmayacaq.

Murad Şahməmməd